Bu gün səhər saatlarında Xətai rayonu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasazlıq səbəbindən yolda qalan yük avtomobili ilkin olaraq tıxacın yaranmasına səbəb olub.
Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, yolun bu hissəsindəki yük avtomobili qəza nəticəsində aşıb. Hadisə yerinə qaldırıcı kranlar cəlb edilib, polis əməkdaşları hərəkətin bərpası üçün zəruri tədbirlər görürlər.
Hazırda ərazidə nəqliyyatın hərəkəti məhdud olsa da, vəziyyətin normallaşdırılması istiqamətində işlər davam etdirilir.