RU

Gələn il teatr tamaşalarının hazırlanmasına yarım milyon manat ayrılıb

Gələn il teatrlarda tamaşaların hazırlanması üçün dövlət büdcəsindən 0,5 milyon manat maliyyə yardımının ayrılması nəzərdə tutulur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan teatrının davamlı inkişafının təmin edilməsi ilə bağlı xərclər üzrə isə 1,2 milyon manat ayrılacaq.

Məlumat üçün qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində mədəniyyət və ona yaxın sahələrin maliyyələşdirilməsinə ötən illə müqayisədə 9,9 milyon manat çox, yəni 631, 6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bu, 2025-ci illə müqayisədə 1,6 faiz çox deməkdir.

Избранный
6
1
far.az

2Источники