“Maliyyələşdirmə yalnız demokratlar Senatdahökumətin büdcə üzrə qanun layihəsini dəstəklədikdən sonra bərpa olunacaq”,- Amerika lideri yazıb.
Daha əvvəl ABŞ-nin Kənd Təsərrüfatı nazirliyinə istinad edən “Washington Post (WP)” nəşri Tramp administrasiyasının noyabrda ərzaq yardımı fondlarının yarısını ayıracağını yazmışdı. Bu qərar Rod-Aylend məhkəməsinin Ağ Evdən təxminən 42 milyon amerikalıya ödənişlər verməsini tələb edən qərarından sonra qəbul olunub.
![]() |
| Nyu-Yorkda ilk dəfə müsəlman mer seçilib |
Yeri gəlmişkən, ABŞ-nin Nəqliyyat naziri Şon Daffi “CNBC” telekanalına müsahibəsində şatdaunun hətta ölkənin hava nəqliyyatının dayandırılmasına dasəbəb ola biləcəyini deyib.
Xatırladaq ki, ABŞ hökuməti rəsmi olaraq oktyabrın 1-də fəaliyyətini dayandırıb. Bu bağlanma ölkə tarixində ən uzun müddətə ikinci şatdaundur. Donald Trampın ilk prezidentliyi dövründə 2019-cu ilin yanvarında 35 günlük rekord müddətə şatdaun qeydə alınmışdı.
Sahil İsgəndərov
AzVision.az
