RU

Qriqoryan: Azərbaycandan Ermənistana qatar gəlir

BAKI, 5 noyabr. TELEQRAF

“Rusiya taxılını Azərbaycan vasitəsilə Ermənistana daşıyan qatar tezliklə Ermənistana gələcək”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”in sualına cavabında deyib .

Qriqoryan Azərbaycanın Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətləri aradan qaldırmasının Rusiyadan Ermənistana dəmir yolu ilə daşınan yüklərə də şamil edilib-edilmədiyi sualına belə cavab verib:

“Bəli və bu dəqiqə Rusiyadan Ermənistana taxıl gətirən qatar artıq Azərbaycan ərazisindən Gürcüstana doğru keçir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana gələcək. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu tədbir böyük əhəmiyyət kəsb edir”.

Избранный
17
5
teleqraf.com

10Источники