AZ

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

APA-nın xəbərinə görə, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Qeyd edək ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

“Bu dəqiqə Rusiyadan Ermənistana taxıl aparan qatar artıq Azərbaycan ərazisindən Gürcüstana doğru keçir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana gələcək. Azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu hadisə böyük əhəmiyyət kəsb edir”, - Qriqoryan qeyd edib.

Seçilən
2
7
apa.az

10Mənbələr