RU

Şoyqu Azərbaycan və Ermənistandan olan nümayəndələrlə görüşəcək TƏKBƏTƏK

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Noyabrın 5-də Moskvada  MDB üzv dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin 13-cü iclası keçiriləcək. MDB-yə təhdidlər, onlara cavab tədbirləri və Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə iclasın əsas mövzusu olacaq.

“Cebheinfo.az” xəbər verir ki, iclas noyabrın 5-də Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək. Şoyqunun Azərbaycan, Ermənistan və Belarusdan olan həmkarları ilə ayrı-ayrı ikitərəfli görüşlər keçirməsi də gözlənilir.

Təhlükəsizlik Şurası katibləri işə Aleksandr bağında, “Naməlum Əsgər”in məzarı yaxınlığındakı Əbədi Məşəldə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə gül dəstələri qoymaqla başlayacaqlar.

Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib ki, iclasda MDB-də təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər və mümkün birgə cavab tədbirləri müzakirə olunacaq. Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsovun əvvəllər TASS-a verdiyi məlumata görə, iclasda humanitar əməkdaşlıq və Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə də müzakirə ediləcək.

Şoyqu vurğulayıb ki, Təhlükəsizlik Şurası katiblərinin görüşü etibarlı ünsiyyətin həqiqətən unikal formatıdır:

“Bu, bizə yalnız ən mürəkkəb təhlükəsizlik məsələlərini açıq və konstruktiv şəkildə müzakirə etməyə deyil, həm də ortaq ənənəvi dəyərlərin möhkəm təməlinə əsaslanaraq ölkələri və xalqları xarici və daxili təhdidlərdən qorumaq üçün birgə həllər hazırlamağa imkan verir".

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
3
cebheinfo.az

5Источники