RU

Şirkətlər qrupu səhmdarına 889 min manat dividend ödəyib

“Retems Group” MMC 2024-cü ildə səhmdarlarına 889 min manat məbləğində dividend ödəyib.

FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ödəniş şirkətin bölüşdürülməmiş mənfəəti hesabına həyata keçirilib. 2023-cü  ildə isə dividend ödənişi edilməmişdi.

Hesabat ilində şirkətin cəmi satış gəlirləri 2024-cü ildə 16 milyon 247 min manat təşkil edib. Bu, 2023-cü ilin 34 milyon 153 min manatlıq göstəricisi ilə müqayisədə 17 milyon 906 min manat (2,1 dəfə) azalmadır.

Vergidən əvvəlki mənfəət 642 min manat təşkil edib ki, bu da 2023-cü ilin 2 milyon 601 min manatlıq göstəricisindən 1 milyon 959 min manat (4,1 dəfə) azalma deməkdir.

Mənfəət vergisi 404 min manat (3,6 dəfə) azalaraq 154 min manat təşkil edib.

Şirkətlər qrupu 2024-cü ili 488 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, 2023-cü ilin 2 milyon 43 min manatlıq xalis mənfəətlə başa vurmuşdu. Bu da illik 1 milyon 555 min manat (4,2 dəfə) azalmanın baş verməsi deməkdir.

Bölüşdürülməmiş mənfəət 4 milyon 767 min manat təşkil edib ki, bu da 2023-cü ilin 6 milyon 168 min manatlıq göstəricisindən 1 milyon 401 min manat (22,7%) azdır.

Qeyd edək ki, "Retems Group" səhmdarlarına 2022-ci ildə 218,2 min manat, 2021-ci ildə isə 482,4 min manat ödəniş edib.

Избранный
38
fed.az

1Источники