RU

Kamran Əliyev: İşğaldan azad olunmuş ərazilərdə həyat sürətlə canlanır

ZƏNGİLAN, 5 noyabr. TELEQRAF

İşğaldan azad olunmuş ərazilərdə həqiqətən həyat sürətlə canlanır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətə çevirəcəyik”sözlərinin artıq reallıqda şahidi oluruq:

"Artıq Zəngilan, Laçın, Füzuli və digər rayonlarda daxil olmaqla öz doğma yurd-yuvalarına qayıdanlarla birlikdə işğaldan azad edilmiş ərazilərimizdəvətəndaşlarımız daimi məskunlaşıb".

Baş prokuror qeyd edib ki, bu gün Zəngilan da daxil olmaqla bütün azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, sosial və iqtisadi inkişafa yönəlmiş tədbirlər ardıcıl həyata keçirilir:

"Müasir avtomobil yolları, hava limanları, enerji və su təchizatı xətləri, məktəblər, xəstəxanalar və xidmət obyektləri bu torpaqlarda yeni həyatın təməlini qoyur".

Избранный
21
11
teleqraf.com

10Источники