RU

İlk dəfə müsəlman Nyu-York şəhər meri seçilib

İlkin nəticələrə görə, Zöhran Məmdani 4 noyabrda Nyu-York şəhər meri seçkilərində səslərin 50,4 faizini toplayaraq qələbə qazanıb.

Herbiand.az “Alman dalğası”na istinadən xəbər verir ki, 2024-cü ilin oktyabr ayında Məmdani ABŞ-ın ən böyük şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətini açıqlayanda az adam onun uğur qazanacağına inanırdı. İndi o, ABŞ siyasi səhnəsində yüksələn ulduzdur və onun tərəfdarlarının sayı artır.

Zöhran Məmdani immiqrant kökləri olan amerikalıdır. O, Uqandada hindli valideynlərin ailəsində anadan olub. Anası Mira Nair tanınmış hind-amerikalı film rejissoru, atası Mahmud Məmdani isə hind əsilli Uqanda akademikidir. Zöhran Mamdani beş yaşında olanda ailəsi Uqandadan Cənubi Afrikaya, cəmi iki il sonra isə Nyu-York şəhərinə köçüb. O, 2018-ci ildə ABŞ vətəndaşlığını alıb. 2025-ci ilin əvvəllərində Zöhran Mamdani suriyalı əsilli rəssam Rama Duvaji ilə evlənib.

Mamdani Nyu-York şəhərinin ilk müsəlman meri olacaq.

Избранный
53
26
herbiand.az

10Источники