RU

ABŞ də ilk müsəlman mer: Zöhran Mamdani Nyu Yorkda qələbə qazandı

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-da tarix yazan hadisə baş verib — Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədrliyinə namizəd olan Zöhran Mamdani seçkilərdə qalib gələrək şəhərin 111-ci meri seçilib.

Banco.az-ın məlumatına görə, Associated Press xəbər verir ki, demokrat Mamdani seçkilərdə 50,3% səs toplayaraq qalib gəlib. Onun əsas rəqibi — ilkin seçkidə uduzduqdan sonra müstəqil namizəd kimi yarışa qoşulan keçmiş qubernator Endryu Kuomo isə 41,6% səs əldə edib.

Mamdani yanvarın 1-də and içərək vəzifəsinə başlayanda, bir əsrdə bu postu tutan ən gənc şəxs olacaq. O, həmçinin Nyu-Yorkun 400 illik tarixində ilk müsəlman və Cənubi Asiya əsilli ilk mer kimi tarixə düşəcək.

Mamdaninin vergi siyasəti vədləri Wall Street dairələrinin ciddi tənqidinə səbəb olub. O, yüksək gəlirli şəxslərə əlavə vergilər tətbiq edərək pulsuz ictimai nəqliyyat və universal uşaq baxımı proqramlarını maliyyələşdirməyi planlaşdırır.

Digər tərəfdən, demokratlar bu seçkilərdə Donald Trampa qarşı ilk mühüm uğurlarını da qeyd ediblər. Mikie Sherrill Nyu-Cersidə, Abigail Spanberger isə Virciniyada qubernator seçilərək demokratlar üçün yeni mərhələnin başlanğıcını qoyublar.

Siyasi müşahidəçilər bu nəticələri 2026-cı il ABŞ aralıq seçkiləri üçün mühüm göstərici kimi qiymətləndirirlər. Prezident Donald Tramp isə bu nəticələrə görə respublikaçıları ittiham etməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
1
banco.az

2Источники