RU

Məhkəmə Suqovuşanda anasını qısqanclıq zəminində bıçaqlayan gənclə bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vaqif Qayıbzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.


Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.


Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Ömərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 5 Noyabr 2025, 09:13   
Избранный
45
pravda.az

1Источники