RU

“ABŞ eyni zamanda bir neçə nüvə dövlətini çəkindirməlidir” Pentaqon

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ eyni zamanda bir neçə nüvə dövlətini çəkindirmək imkanına malik olmalıdır.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindənPentaqonun nüvə çəkindirmə, siyasət və kimyəvi-bioloji müdafiə proqramları üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən Robert Kadlek bildirib.

O, ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində onun namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmələr çərçivəsində amerikalı qanunvericilərin suallarını cavablandırıb.

"Düşünürəm ki, bizim strateji qüvvələrimiz eyni zamanda bir neçə nüvə dövlətindən gələn strateji hücumların qarşısını almağa qadir olmalıdır, xüsusilə də böyük potensiala malik iki dövlətin", – Kadlekin yazılı cavabında qeyd olunub.

O, ABŞ-nin nüvə başlıqlarını Hind-Sakit okean regionunda yerləşdirməsini dəstəkləyib-dəstəkləmədiyini dəqiqləşdirməyib.

"Əgər namizədliyim təsdiqlənsə, bu regionda çəkindirməni qorumaq məqsədilə ABŞ nüvə qüvvələrinin yerləşdirilməsinin tənzimlənməsinə ehtiyac olub-olmadığını müzakirə etmək üçün nazirlikdəki müvafiq həmkarlarımla və müttəfiqlərlə məsləhətləşmələr aparacağam", – deyə Kadlek vurğulayıb.

"Belə anlayıram ki, Çinin nüvə qüvvələrinin artım tempi ABŞ-nin gözləntilərini üstələyir", – amerikalı rəsmi əlavə edib. O həmçinin Vaşinqtonun Asiyadakı müttəfiqlərini nüvə qalxanı ilə qorumağa davam etməyə hazır olduğunu nümayiş etdirmək üçün "əlavə tədbirlərə" ehtiyac olub-olmadığını nəzərdən keçirəcəyini vəd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
azpolitika.info

1Источники