RU

ABŞ-də TƏYYARƏ QƏZASI: Ölənlər və yaralananlar var

ABŞ-də yük təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Qəza Kentukki ştatındakı Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında qeydə alınıb.

Luisvill Beynəlxalq Hava Limanından Havay adasındakı Honolulu şəhərinə yola düşən “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi saat 17:15 radələrində havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğrayıb.

Qəza nəticəsində ən azı yeddi nəfər həlak olub.

    Ölənlərin sayı ən azı yeddi nəfərə çatıb və bu rəqəmin artacağı ehtimal olunur", - Luisvill qubernatoru Endi Beşir öz “X” hesabında paylaşım edib.

    Избранный
    17
    2
    bakivaxti.az

    6Источники