Almaniya 2026-cı ildə Ukraynaya əlavə 3 milyard avro hərbi yardım ayıracaq
"Ölkə.az" xəbər verir ki, Almaniya hökuməti 2026-cı ildə Ukraynaya hərbi yardımı 3 milyard avro artırmağı planlaşdırır. Bu artımdan sonra Berlinin ümumi dəstəyinin məbləği 8,5 milyard avroya çatacaq.
Reuters-in məlumatına görə, ayrılan vəsait artilleriya sistemlərinin, pilotsuz uçuş aparatlarının, zirehli texnikanın və Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünə yönəldiləcək.(musavat.com)