BAKI, 5 noyabr. TELEQRAF
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü Emin Heydərov və 2007-ci il təvəllüdlü Şəmkir rayon Qədimqala kənd sakini Sədrəddin Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətləri kafidir. Qəzanın təfərrüatları dəqiqləşdirilir.