RU

“Melisa” qasırğası Yamaykaya 7 milyard dollara yaxın zərər vurdu

BAKI, 5 noyabr. TELEQRAF

Yamaykada baş verən “Melisa” qasırğası ölkə iqtisadiyyatına 6–7 milyard dollar həcmində zərər vurub.

Teleqraf xəbər verir ki, bu barədə adanın Baş naziri Endryu Xoulness məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölkənin ümumi daxili məhsulu (ÜDM) ilin sonuna qədər 8–13 faiz azala bilər.

Bildirilir ki, təxminən 116 min bina ciddi zərər görüb.

Ən yüksək kateqoriyalı “Melisa” qasırğası oktyabrın sonunda Karib dənizindəki bir neçə ada dövlətinə böyük ziyan vurub. Ən çox zərər Yamayka və Haitiyə dəyib. Yerli hakimiyyətin məlumatına əsasən, Yamaykada 32, Haitidə isə 43 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.

Qasırğa həmçinin Kubanın şərq bölgəsindən keçərək ciddi dağıntılar törədib, lakin ölənlər barədə məlumat verilməyib.

Избранный
109
teleqraf.com

1Источники