RU

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Kentukki ştatındakı Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında göyərtəsində üç nəfərin olduğu yük təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Məlumata görə Luisvill Beynəlxalq Hava Limanından Havay adasındakı Honolulu şəhərinə yola düşən “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi saat 17:15 radələrində havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğrayıb.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

ABŞ-da
Избранный
89
2
apa.az

6Источники