RU

ABŞ BMT üçün Qəzzada beynəlxalq sabitləşdirmə qüvvəsinə mandatın verilməsi ilə bağlı layihə hazırlayıb

Vaşinqton, 5 noyabr, AZƏRTAC

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurası üçün Qəzzada ən azı iki il müddətinə beynəlxalq sabitləşdirmə qüvvəsinə mandatın təmin edilməsi ilə bağlı layihə hazırlayıb.

AZƏRTAC-ın məlumatına görə, “Associated Press” bu barədə ABŞ rəsmisinə istinadla xəbər yayıb.

Bildirilir ki, bu, ABŞ Prezidenti Donald Trampın İsrail və HƏMAS arasında müharibəni dayandırmaq planı çərçivəsində növbəti addımdır. Layihə hazırda müzakirə mərhələsindədir.

Layihə sabitləşdirmə qüvvələrində iştirak edən ölkələrə 2027-ci ilin sonuna qədər Qəzzada təhlükəsizliyi təmin etmək üçün geniş mandat verəcək və bu qüvvələr bölgəni müvəqqəti idarə etməsi nəzərdə tutulan "Sülh Şurası" ilə əlaqəli işləyəcəklər. Layihədə qüvvələrin Misir və İsrail ilə sıx məsləhətləşmələri və əməkdaşlıq etməsi tələb olunur.

Mətndə, həmçinin qeyd olunur ki, sabitləşdirmə qüvvələri sərhəd bölgələrinin təhlükəsizliyinin təmininə, eləcə də humanitar yardım axınının təşkili məqsədilə digər ölkələrlə əlaqələndirməyə kömək edəcəklər.

BMT Təhlükəsizlik Şurası üçün təklif olunan layihədə BMT, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri tərəfindən Qəzzaya yardımın tam bərpası və bu lazımi təchizatın başqa yerə yönəldilməməsinin təmin edilməsi qeyd olunur.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
30
2
azertag.az

3Источники