RU

Əliyar Ağayev “Arsenal”ın 3:0 hesablı qələbəsini qeydə aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun “Slaviya” – “Arsenal” oyununu idarə edib.

Arena.az xəbər verir ki, Çexiya və İngiltərə təmsilçiləri bu gün Praqada üz-üzə gəliblər.

Qarşılaşma londonluların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı hakim 32-ci dəqiqədə “Slaviya”nın futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Bukayo Saka hədəfdən yayınmayıb. Digər qolları Mikel Merino (46, 68) vurub.

Matçın baş hakimi 84-cü dəqiqədə kobud oyuna görə londonluların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Növbəti dəfə VAR monitoruna yaxınlaşan ədalət qoruyucusu bu dəfə penalti qərarını ləğv edib.

Əliyar Ağayev matç ərzində “Slaviya”nın 3, “Arsenal”ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
38
4
arena.az

10Источники