RU

Tofiq Zülfüqarovdan Koçaryanla bağlı AÇIQLAMA: "Agent idi"

"Robert Koçaryan agent idi. Belə bir fakt da deyim ki, o bunun üçün xüsusi hazırlıq keçmişdi". Ajans.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində deyib. O, Azərbaycan-Ermənistan nümayəndə heyətinin Ukraynada təşkil olunmuş qeyri-rəsmi görüşündən bəhs edib: "Onda Koçaryan birdən yada salmağa başladı ki, o, vaxtilə üzgüçülüklə məşğul olub, tez-tez Qara dənizdə üzürmüş. Ondan soruşublar ki, nə əcəb Qara dəniz? Səbəb də bu imiş ki, orada su altında xüsusi təşkil olunmuş kurslar olub. Diversant kimi müxtəlif hazırlıq növlərinə cəlb olunub. O hətta kitabında da yazıb ki, Qarabağda hadisələr başlayanda artıq komsomolun iclaslarında yox, digər insanlarla görüşürdü. Xankəndidə xüsusi təşkilat komitəsi var idi. Müxtəlif yerlərdən gələn milis, KQB işçilərinin bir qismi guya günorta üsyanı yatırmaq üçün gəlmişdilər, axşamlar isə Koçaryanla, Quqasyanla görüşürlərmiş. Bunu Koçaryan özü yazır. Yəni ehtiyatda olan hazırlıqlı agent olub".

"Ter-Petrosyanın da parlaq keçmişi olmayıb. Onun atası Suriyada kommunist partiyasının təşkilatçılarından biri idi. Yəni biz görməliyik ki, onların siyasi elitası çox güclü şəkildə Rusiyanın təsiri altında idi", - deyə sabiq nazir əlavə edib.

Избранный
54
3
Ajans.az

10Источники