RU

Bitkoin iyun ayından bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin bir çox göstəricinin kriptovalyuta investorları arasında yaranan bədbin əhval-ruhiyyəni vurğulaması fonunda iyun ayının sonundan bəri ən aşağı səviyyəsinə enib.

Banco.azxəbər verir ki, əsas kriptovalyuta olan bitkoin çərşənbə axşamı Nyu-Yorkda 3,1 faiz ucuzlaşaraq, 23 iyundan bəri ən aşağı səviyyə — 103 min 539 dollaradək geriləyib.

Bitkoinin ucuzlaşmasının səbəblərindən biri dolların möhkəmlənməsi, digəri isə 1,3 milyard dollarlıq kriptovalyuta likvidasiyası dalğası kimi göstərilir. İnvestorlar hazırda Bitcoin və daha kiçik kriptovalyutaların yenidən yüksəlişinə dair mövqe tutmaqda tərəddüd edirlər.

Kriptovalyutalar həmçinin birja investisiya fondlarından (ETF) vəsait çıxışları, eləcə də rəqəmsal aktivlərlə məşğul olan şirkətlərin satışları ilə bağlı narahatlıqlar da daxil olmaqla bir sıra mənfi amillərlə üzləşiblər.

Bitkoinin qiymətinin daha da enməsi investorların diqqətini iyunun ortalarında qısa müddətlik 100 min dolların altına düşdüyü dövrə yönəldə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
38
1
banco.az

2Источники