RU

Spalletti: “Vlahoviç müqaviləsi ilə bağlı həyəcan keçirmir”

“Yuventus”un yeni baş məşqçisi Luçano Spalletti serb hücumçu Duşan Vlahoviçin Turin klubundan ayrılacağının mümkünlüyü ilə bağlı sualı cavablayıb.

Arena.az italyan mütəxəssisin müvafiq cavabnı təqdim edir:

“Biz Vlahoviçlə, onun gələcəyinə dair danışmışıq. Onun hansı niyyətdə olduğunu öyrənməyə çalışdım. Duşan mənə, komandada qalmaq istədiyini dedi. O, müqaviləsi ilə bağlı həyəcan keçirmir. Vlahoviç sadəcə, futbol oynamaq istəyir”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gələn yayda onun komandanı tərk edəcəyinə dair iddialar var.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 158 oyun, 63 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 40 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
29
27
arena.az

10Источники