RU

Real Madrid in rəhbərliyi Vinisiusun davranışlarından narahatdır

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Madridin "Real" klubu hücumçu Vinisius Juniorun gələcəyi ilə bağlı qərar verib. 

QOL.az  xəbər verir ki, Almaniyanın “Sport Bild” nəşrinin məlumatına görə, klub rəhbərliyi braziliyalı futbolçunun emosional davranışından yorulub. Xüsusilə də son ərəfələrdə “Barselona”ya qarşı keçirilən “El-Klasiko” matçında baş verən vəziyyət bu qərarın əsas səbəbi olub. Məlumata görə, Vinisiusun baş məşqçi Xabi Alonso tərəfindən ikinci hissədə əvəzlənməsinə həddindən artıq emosional və neqativ reaksiyası klub rəhbərliyində narahatlıq yaradıb.

Məlumata görə, "Real"ın prezidenti Florentino Peres klubun nüfuzunu istənilən futbolçudan üstün tutur. Buna görə də "Real" Vinisiusu 2026-cı ilin yayında satmağı planlaşdırır.

Qeyd edək ki, Vinisiusun klubla müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
7
qol.az

8Источники