AZ

"Real Madrid" rəhbərliyi Vinisiusun davranışlarından narahatdır

Yazını böyüt
Yazını kiçilt

Madridin "Real" klubu hücumçu Vinisius Juniorun gələcəyi ilə bağlı qərar verib. 

Hafta.az xəbər verir ki, Almaniyanın “Sport Bild” nəşrinin məlumatına görə, klub rəhbərliyi braziliyalı futbolçunun emosional davranışından yorulub.

Xüsusilə də son ərəfələrdə “Barselona”ya qarşı keçirilən “El-Klasiko” matçında baş verən vəziyyət bu qərarın əsas səbəbi olub. Məlumata görə, Vinisiusun baş məşqçi Xabi Alonso tərəfindən ikinci hissədə əvəzlənməsinə həddindən artıq emosional və neqativ reaksiyası klub rəhbərliyində narahatlıq yaradıb.

"Real"ın prezidenti Florentino Peres klubun nüfuzunu istənilən futbolçudan üstün tutur. Buna görə də "Real" Vinisiusu 2026-cı ilin yayında satmağı planlaşdırır.

Seçilən
12
7
hafta.az

8Mənbələr