RU

Trampı qəzəbləndirməkdən çəkinirlər KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir çox Avropa liderləri, o cümlədən Almaniya kansleri Fridrix Mers və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ prezidenti Donald Trampı “qəzəbləndirmək” qorxusuna görə Avropa İttifaqı sammitinə qatılmaqdan imtina ediblər. Bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, Avropada Trampın ikinci prezidentlik dövrü ilə bağlı artan narahatlıq və onun Aİ ilə münasibətlərə təsiri liderlərin davranışına birbaşa təsir göstərir.

KONKRET.az xəbər verir ki, agentliyin məlumatına görə, noyabrın 9–10-da Kolumbiyanın Santa Marta şəhərində keçiriləcək sammitdə cəmi beş Avropa lideri və Latın Amerikası ilə Karib hövzəsindən üç ölkə rəhbəri iştirakını təsdiqləyib. Qeyd olunur ki, Avropa liderlərinin bir qismi Tramp administrasiyasının gələcək siyasətinə qarşı ehtiyatlı davranmağa üstünlük verir. Məhz bu səbəbdən bir çox yüksək vəzifəli rəsmilər tədbirə qatılmaqdan çəkinib.

Ekspertlərin fikrincə, bu qərar Avropa İttifaqı daxilində həm siyasi, həm də diplomatik balansın qorunması məqsədilə atılıb. Avropa ölkələri ABŞ-la münasibətlərdə gərginliyin artmamasını istəyir və yeni Tramp administrasiyasının potensial təzyiqlərinə qarşı daha yumşaq mövqe tutmağa çalışır.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
konkret.az

2Источники