Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Bahalaşmanın əsas səbəbi odur ki, qiymətlər artsa da insanlar yenə ala bilir və bu, prosesin əsas motorudur. Yəni, alıcılıq qabiliyyəti imkan verir və bazardakı qiymətlər bunu diktə edir. Əgər bahalaşma olsa və insanlar ala bilməsə, o zaman bazar dayanardı".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.O, bildirib ki, bahalaşmaya digər mühüm səbəb isə tikinti şirkətlərinin xərclərinin artmasıdır:"Bu, daha geniş məsələdir və bir neçə faktorla bağlıdır. Birincisi, şəhərin mərkəzində tikinti üçün torpaq tapmaq çətindir. Tikinti aparmaq üçün əvvəlki tikililəri sökmək lazımdır ki, bu da baha başa gəlir.
İkincisi, əvvəl torpaq alınırdı və istənilən formada bina tikilirdi. İndi isə ciddi standartlar var. Artıq hündür binalar həyətsiz şəkildə, sıx şəkildə tikilmir. Aralıq məsafələri, mərtəbə limiti və digər normativlər ciddi şəkildə nəzarətə götürülüb. Üstəlik, tikinti materiallarının, kommunal xərclərin, enerji daşıyıcılarının, işçi qüvvəsinin qiyməti artır və bu da şirkətlərin xərclərini yüksəldir. Bu artım inflyasiya ilə birlikdə tikinti sektorunu daha da bahalaşdırır".Ekspert bildirib ki, nəticədə həm alıcıların alma imkanı var, həm də satıcıların xərcləri artır, bu səbəbdən qiymət artımı davam edir:"Sadəcə, əvvəlki kimi 8–10 faiz illik artım gözlənilmir, amma proses dayanmayacaq, yəni qiymətlər yenə də yüksələcək".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.