RU

“YAŞAT” Fondu: Toplanan məbləğin 93,2 milyon manatından çoxu müvafiq istiqamətlər üzrə xərclənib  

İndiyə qədər “YAŞAT” Fonduna 95 milyon 151 min 480 manat 84 qəpik pul toplanıb. Həmin məbləğin 93 milyon 213 min 8 manat 56 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib.

Bu barədə AZƏRTAC-a məxsusi olaraq “YAŞAT” Fondundan məlumat verilib.

İndiyədək fondun əməkdaşları tərəfindən 18 min 362 nəfər ziyarət olunub. Ziyarət olunanlardan 3 min 5 nəfəri şəhid ailəsidir. Həmçinin 7 min 776 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə 18 min 670 nəfər öhdəliyə götürülüb.

Bu illər ərzində 18 min 453 nəfərin müraciəti təmin edilib və 92 min 212 ödəniş reallaşdırılıb.

Ödənişlərin 44,69 faizi məişət şəraitinin yaxşılaşdırılması, 40, 01 faizi tibbi xərclərə, 7, 55 faizi borc öhdəliklərinə, 7, 21 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə aiddir.

Qeyd edək ki, noyabrın 6-da İctimai Televiziyada “YAŞAT” Xeyriyyə Marafonu keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də imzaladığı Fərman ilə yaradılıb.

Избранный
23
3
azerbaijan-news.az

4Источники