Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı görüşlərinin təqvimi müəyyənləşib.
Rekord.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli noyabrın 17-də və 18-də meydançaya çıxacaq.
Qeyd edək ki, təmsilçimiz Fil Dişi Sahili, Səudiyyə Ərəbistanı və Türkiyə yığmaları ilə üz-üzə gəlib.