Bakı. Trend:
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına qəbuluna dairdanışıqlara başlanması barədə təkrar tövsiyə irəli sürüb və buprosesin ilin sonunadək başlanacağına ümid edir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışızamanı genişlənmə məsələləri üzrə avrokomissar Marta Kosdanışıb.
“Avropa Komissiyası hesab edir ki, Ukraynanın Aİ-yə qəbulunadair danışıqlar 2025-ci ilin sonunadək başlamalıdır”,- deyəavrokomissar qeyd edib. O, Kiyevin bunun üçün “bütün meyarlara əməletdiyini” vurğulayıb.
Oxşar tövsiyə Avropa Komissiyası tərəfindən 2024-cü ildə dəirəli sürülmüşdü, lakin Ukraynada macar azlığının sıxışdırılmasısəbəbindən Macarıstanın Aİ Şurasında etirazı nəticəsindədanışıqların praktiki şəkildə başlaması bloklanmışdı.