Şimali Koreyanın "kölgə" lideri ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya siyasətində ən tanınan şəxslərdən biri və Ali Xalq Məclisinin keçmiş spikeri Kim Yonq-nam 97 yaşında vəfat edib.
KCNA bildirib ki, Yonq-namın ölüm səbəbi çoxsaylı orqan çatışmazlığı olub.
Kim Yonq-nam 1998-ci ildən 2019-cu ilə qədər Ali Xalq Məclisinin spikeri vəzifəsində çalışıb. Bu vəzifə onu rəsmi olaraq ölkənin rəsmi protokolunda "dövlət başçısı" kimi təqdim edir. Lakin faktiki hakimiyyət həmişə Kim Çen In və ailəsində olub.
Yonq-nam 2018-ci ildə Cənubi Koreyanın ev sahibliyi etdiyi Pxençxan Qış Olimpiya Oyunlarında Şimali Koreya nümayəndə heyətinə rəhbərlik edib. Kim Çen Inın bacısı Kim Yo-jonq da nümayəndə heyətinin tərkibində idi. Yonq-namın fəxri yerini Yo-jonqa vermək qərarı Cənubi
Koreya mətbuatında "Pxenyandakı güc balansı ilə bağlı simvolik mesaj" kimi şərh edilib.
Uzun illər Kim Yon Nam beynəlxalq səviyyədə Şimali Koreyanın diplomatik siması kimi tanınırdı.
Qərb diplomatları onu rejimin ən qətiyyətli və açıq fikirli nümayəndələrindən biri kimi təsvir edirdilər. Ekspertlər Yon Namın ölümünün Şimali Koreyanın xarici siyasət ənənəsində əhəmiyyətli bir boşluq yaradacağını bildirirlər.
Billurə