RU

Bəraətləri ilə seçilən hakim Bakı Ağır Cinayətlər Məhkəməsindən kənarlaşdırıldı

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Binəqədi Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakim  Aygün Qurbanovanın buradakı səlahiyyət müddəti artırılmayıb.

Gununsesi.info-nun xəbərinə görə, Aygün Qurbanova ilə yanaşı, digər rayon məhkəmələrindən  hakim çatışmamazlığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakimlərin səlahiyyət müddəti daha 1 il artırılıb.

Aygün Qurbanovaya gəlincə, Gununsesi.info maraqlı məlumat əldə edib.

Məlumata görə, Aygün Qurbanova ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində ən çox bəraət verən hakim olub.

“Onun səlahiyyət müddətinin artırılmaması isə özünün təəccüübünə səbəb olub” deyə mənbəmiz bildirib.

İddialara görə, Aygün Qurbanovanın səlahiyyət müddətinin artırılmamasına əsas səbəb də onun çıxardığı bəraət hökmləri olub.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
2
icma.az

3Источники