RU

"Retems Group"un gəlirləri kəskin düşüb, mənfəət 4 dəfə azalıb - HESABAT

"Retems Group" MMC 2024-cü ilin yekunlarına dair mənfəət və ya zərər və digər məcmu gəlir hesabatını açıqlayıb. Hesabat şirkətin maliyyə nəticələrində əhəmiyyətli dəyişiklikləri əks etdirir.

Şirkətin cəmi satış gəlirləri 2024-cü ildə 16 milyon 247 min manat təşkil edib. Bu, 2023-cü ilin 34 milyon 153 min manatlıq göstəricisi ilə müqayisədə 17 milyon 906 min manat (2,1 dəfə) azalmadır.

Cəmi əməliyyat xərcləri isə 15 milyon 387 min manat olub. İllik müqayisədə 15 milyon 991 min manat (51%) azalma qeydə alınıb.

Vergidən əvvəlki mənfəət 642 min manat təşkil edib ki, bu da 2023-cü ilin 2 milyon 601 min manatlıq göstəricisindən 1 milyon 959 min manat (4,1 dəfə) azalma deməkdir.

Mənfəət vergisi 404 min manat (3,6 dəfə) azalaraq 154 min manat təşkil edib.

Şirkətlər qrupu 2024-cü ili 488 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, 2023-cü ilin 2 milyon 43 min manatlıq xalis mənfəətlə başa vurmuşdu. Bu da illik 1 milyon 555 min manat (4,2 dəfə) azalmanın baş verməsi deməkdir.

image

Избранный
19
fed.az

1Источники