RU

Canlı yayımda gərgin anlar: Cığatelin qızı qarğışı görüb hönkürdü

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Şair Cığatel İsaqızı və qızı Leyla Camal “Gün ortası” verilişində qonaq olarkən gözlənilməz gərginlik yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, proqram zamanı Leylaya gələn “Allah sizin kefinizi pozsun” mesajı onu çox sarsıdıb.

Göz yaşlarına hakim ola bilməyən Leyla əsəbi halda bildirib: 

“Bu qədər nifrət nəyə görədir?! 36 yaşım var, anam nə deyirsə, onu edirəm. Mənim kiməsə pislik etməyim qeyri-mümkündür. O mesajı yazan, yəqin ki 17 yaşında bir uşaqdır. Nə istəyirsiniz bizdən?! Ana-bala sakit həyat qurmaq istəyirik, amma hər dəfə hədəfə çevrilirik. 

Bir balam var, başımı salıb onu böyüdürəm. Yorulmuşuq artıq… Atamı da, Süleymanı da unutmamışam. Bu sənətdə çətinliklə addımlayırıq, amma yenə də bizi kənara itələməyə çalışırlar”.

Cığatel İsaqızı isə hadisənin arxasında kiçik bir anlaşılmazlıq olduğunu bildirib:

“Reklam fasiləsində məlum oldu ki, o qarğışı yazan bir qızcığazdır. Onu vaxtilə efirə dəvət etmişdik, oxumuşdu. Daha sonra bir tədbirə çağırılmayıb və incik düşüb. Görünür, buna görə bu cür reaksiya verib”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
3
cebheinfo.az

4Источники