ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
525.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İran ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.