RU

İrəvanda baş verən hadisə Gürcüstanda etiraz yaratdı

BAKI, 4 noyabr. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında Gürcüstana qarşı qətnamənin lehinə səs veriblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib.

“Həmin qətnamədə Gürcüstan hökuməti “özünü elan etmiş” adlandırılıb”, - o deyib.

Deputat Ermənistan hökumətini Gürcüstanla münasibətləri korlamaqda ittiham edib.

Avronest Parlament Assambleyasının oktyabrın 31-də dərc etdiyi qətnamədə qeyd olunub ki, son dövrlərdə Gürcüstanda baş verən hadisələr demokratiyanın gerilədiyini göstərir. Avronestin son iclası oktyabrın 30-31 də İrəvanda keçirilib.

Xatırladaq ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani noyabrən 3-də verdiyi bəyanatda Ermənistan deputatlarını ölkəsinə qarşı düşməncə davranmaqda günahlandırıb. Gürcü parlamentari partiyasının deputatlarının bununla Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərdiklərini vurğulayıb.

Избранный
33
teleqraf.com

1Источники