RU

"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi" - Nazir

"SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də var idi. Bu nöqteyi-nəzərdən SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir deputatların çıxışlarına cavab olaraq bildirib ki, vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir: "Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil. Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də, dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidəyyəti strukturlarının diqqətində bundan sonra da olacaq. Yəni, hansısa şirkətin, o cümlədən, SOCAR-ın fəaliyyətinə dair sual varsa, onlar SOCAR-a ünvanlanmalıdır".

Anar Kəlbiyev

 

Избранный
16
8
unikal.az

10Источники