Şimali Koreyanın 2026-cı ilin martında ABŞ ilə sammit keçirəcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Noyabrın 4-də Şimali Koreya Pentaqonun katibi Pit Heqsetin iki Koreya sərhədindəki hərbisizləşdirilmiş zonaya gəlməsindən təxminən bir saat əvvəl 10-a yaxın artilleriya raketi atıb.
Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Sarı dənizin şimalına doğru raket atdığını bildirib. Hazırda buraxılışların təhlili aparılır.