RU

“Real”dan “Liverpul”a jest: Dioqo Jota ilə bağlı bu addımı atdılar

UEFA Çempionlar Liqasının “Liverpul”la səfər oyunu öncəsi “Real”ın nümayəndə heyəti “Enfild Roud” stadionunda Dioqo Jotanın xatirə memorialını ziyarət edib.

Publika.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso, direktor Emilio Butragenyo, eləcə də müdafiəçilər Din Heysen və Jotanın sabiq komanda yoldaşı Trent Aleksander-Arnold memorialın önünə gül dəstələri qoyublar.

28 yaşlı Dioqo Jota və onun 25 yaşlı qardaşı Andre Silva iyulun 3-də İspaniyada baş verən yol qəzasında həlak olublar.

Qeyd edək ki, "Liverpul" - "Real" oyunu bu gün saat 00:00-da keçiriləcək.

Heybət

Избранный
28
publika.az

1Источники