“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinə dəvət edilib.
Fanat.Az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Cəbəllütariq (14 noyabr) və Xorvatiya (17 noyabr) ilə oyunlara çağırılıb.
Qeyd edək ki, Monteneqro millisi L qrupunda 7 turdan sonra 6 xalla hazırda 4-cü pillədədir. Xorvatiya isə 16 xalla qrupun lideridir.