RU

"Cari xərclərin 88 faizi neft, qaz hesabına ödəniləcək"

2026-cı ildə Azərbaycanda dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmaların cari xərclərin 88,1 %-ni qarşılaması gözlənir.

FED.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il cari xərclərimiz büdcə xərclərinin 60,3 %-nə bərabər - 25,2 milyard manat olmalıdır. Bu da 2024-cü ilin faktiki göstəricisi ilə müqayisədə 18 % çox, 2025-ci ilin proqnoz göstərici ilə müqayisədə isə 0,4 milyard manat artıqdır. Cənab Prezidentin bəyan etdiyi hədəflərdən biri budur ki, cari xərclərimiz qeyri-neft-qaz gəlirləri hesabına qarşılansın. Əgər növbəti ildə bu nisbət 88 %-ə çatırsa, 2029-cu ildə hədəfimiz 100 %-dir", - deyə o qeyd edib. (Report)

Избранный
69
fed.az

1Источники