RU

Serdar Kılıç erməni nazir müavininə bunu hədiyyə edib FOTO

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti 12 sentyabrda Ermənistana gedib.

Səfər zamanı Kılıç xarici işlər nazirinin müavini Vahan Kostanyana bəzəkli gümüş boşqab hədiyyə edib. 

“Cebheinfo.az”-ın “24news.am”-a istinadən məlumatına görə, Kostanyan hədiyyəni Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiyaya təqdim edib. Hədiyyənin dəyəri 101.228 dram olaraq qiymətləndirilir.

Xatırladaq ki, rəsmilər dəyəri 60.000 dramdan çox hədiyyəni dövlətə və ya icmaya təqdim edirlər.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
1
cebheinfo.az

2Источники