RU

Bəhram Bağırzadə izləyicilərinə hədiyyə verəcək - FOTO

Bəhram Bağırzadə “Instagram” hesabında 1970-ci illərdə çəkilmiş fotonu yayımlayıb.

"Cebheinfo.az" xəbər verir ki, fotoda Daxili İşlər Nazirliyinin binası əks olunub.

Bağırzadə izləyicilərinə belə bir sual ünvanlayıb: “O dövrdə bu binanın damında hansı şüar yazılmışdı?” 

Aktyor qeyd edib ki, ilk düzgün cavabı yazan izləyicisinə öz kitab kolleksiyasını hədiyyə edəcək.

Qeyd edək ki, həmin illərdə binanın damında “СЛАВА КПСС!” - “SovİKP-yə (Sovet İttifaqı Kommunist Partiyası)) eşq olsun!” şüarı yazılmışdı.

"Cebheinfo.az" 

Избранный
18
1
cebheinfo.az

2Источники