Bəhram Bağırzadə “Instagram” hesabında 1970-ci illərdə çəkilmiş fotonu yayımlayıb.
"Cebheinfo.az" xəbər verir ki, fotoda Daxili İşlər Nazirliyinin binası əks olunub.
Bağırzadə izləyicilərinə belə bir sual ünvanlayıb: “O dövrdə bu binanın damında hansı şüar yazılmışdı?”
Aktyor qeyd edib ki, ilk düzgün cavabı yazan izləyicisinə öz kitab kolleksiyasını hədiyyə edəcək.
Qeyd edək ki, həmin illərdə binanın damında “СЛАВА КПСС!” - “SovİKP-yə (Sovet İttifaqı Kommunist Partiyası)) eşq olsun!” şüarı yazılmışdı.
"Cebheinfo.az"