RU

“Real”dan duyğusal addım Video, Şəkillər

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Real”ın baş məşqçisi Xabi Alonso, futbolçulardan Trent Aleksander-Arnold, Din Huysen və klubun əfsanəsi Emilio Butragenyo avtomobil qəzasında həlak olmuş “Liverpul”un futbolçusu Diogo Jotanın xatirəsinə ehtiramlarını bildiriblər.

QOL.az xəbər verir ki, bu haqda “Real”ın yaydığı məlumatda qeyd edilib.

Hadisə “Liverpul”la bu gün keçiriləcək UEFA Çempionlar Liqasının 4-cü tur oyunundan bir gün əvvəl baş verib.

İspan nəhənginin təmsilçiləri futbolçunun xatirəsinə “Enfild” stadionunda ayrılmış yeri ziyarət edərək ora gül çələngi qoyublar. Mərasim iki klubun nümayəndələrinin iştirakı ilə baş tutub və futbol dünyasında böyük duyğularla qarşılanıb.

Xatırladaq ki, Portuqaliya millisinin də futbolçusu olmuş Diego Joto bu ilin 3 iyulunda, 29 yaşındəykən qardaşı ilə birgə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
2
qol.az

3Источники