RU

ÇL: “Liverpul” “Real”a, “Bayern” PSJ-yə qarşı - ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən “Napoli” və “Ayntraxt” İtaliyada üz-üzə gələcəklər. İngiltərə çempionu “Liverpul” isə evdə Madrid “Real”ı ilə qarşılaşacaq.

Günün ən maraqlı oyunlarından biri Parisdə baş tutacaq. Almaniya çempionu “Bayern” səfərdə ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ-nin qonağı olacaq.

London “Arsenal”ı Çexiyada Praqa “Slaviya”sı ilə üz-üzə gələcək. Bu görüşü azərbaycanlı referi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
4 noyabr

21:45. Napoli (İtaliya) – Ayntraxt (Frankfurt, Almaniya)
21:45. Slaviya (Çexiya) – Arsenal (İngiltərə)
00:00. PSJ (Fransa) – Bayern (Almaniya)
00:00. Liverpul (İngiltərə) – Real (İspaniya)
00:00. Atletiko (İspaniya) – Yunion (Belçika)
00:00. Yuventus (İtaliya) – Sportinq (Portuqaliya)
00:00. Tottenhem (İngiltərə) – Kopenhagen (Danimarka)
00:00. Olimpiakos (Yunanıstan) – PSV (Niderland)
00:00. Bodo Qlimt (Norveç) – Monako (Fransa)

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
29
20
arena.az

10Источники