RU

DETX bu şəxslərlə bağlı tədbir gördü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonu Talabıqışlaq kəndi yaxınlığından keçən Vəlvələçay çay yatağında fəaliyyət göstərən "VVN" MMC, Qudyalçay çayının Quba rayonu Hacıqaib kəndinin yaxınlığından keçən hissəsində, “Qranit Servis” MMC və  Vəlvələçay çayının Quba rayonu Paşaoba kəndinin yaxınlığından keçən hissəsində “Luxoil Kompany” MMC tərəfindən istifadələrinə ayrılmış qum-çınqıl karxanalarından ümumilikdə 943 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib.


Ekologiya.az bildirir ki, faktlarla bağlı müvafiq olaraq Cəmiyyətlərin iş icraçıları Simran Məmmədov, Elgün Nəsrullayev və Rəhim Hüseynzadə barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.
Избранный
43
ekologiya.az

1Источники