RU

Yasamalda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Yasamal rayonunda, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Mirzəağa Calal oğlu Cabbarova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Həmçinin emal zamanı istifadə edilən suyun filtrasiya olunmadığı, işçi masaların, qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, temperatura, rütubətə nəzarət cihazının və havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Избранный
36
8
azertag.az

10Источники