RU

“Ermənistan jurnalistləri Bakını, Qarabağı görməlidir” – Mətbuat Şurasının sədri

“Rəsmi təşkilatların nə danışıqlar apardıqlarını bilmirəm. Lakin o səfər barədə Fərhad Məmmədovun və Kəmalə Məmmədovanın fikrlərini oxumuşdum. Düşünürəm ki, ictimai təşkilatların biri-biri ilə qarşılıqlı səfər etməsinin əsl məqamıdır”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Mətbuat Şurasının (AMŞ) rəhbəri Rəşad Məcid deyib.

O vurğulayıb ki, Emənistan media nümayəndələrini ölkəmizə səfərinin təşkil edilməsinin tərəfdarıdır: pizza

“Güman ki, yaxın gələcəkdə digər ictimai qrumların və müxtəlif media təşkilatlarının iki ölkə arasında səfəri təşkil ediləcək. Özüm də bunun tərəfdarıyam. İstəyərdim ki, Ermənistan media nümayəndələri gəlib Bakını görsünlər. Eynilə Qarabağ və Şərqi Zəngəzura da mediaturlar təşkil edilsin. Gələn nümayəndələr bu regionlarda görülən abadlaşdırma işləri ilə tanış olsunlar. Həmçinin, bizim media nümayəndələrinin Ermənistana səfərləri təşkil edilməlidir”.

Qeyd edək ki, oktyabrın 21-22-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfəri baş tutub. Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana cavab səfərinin bu ilin sonuna qədər baş tutacağı gözlənilir. 

Aydan Hacı 


Telegram kanalımız
Избранный
79
yenisabah.az

1Источники