RU

ABŞ-də şatdaun səbəbindən hava məkanı tam bağlana bilər

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ hökumətində davam edən maliyyə böhranı səbəbindən ölkənin hava məkanının tam bağlana biləcəyi istisna edilmir.

Teleqraf xəbər verir ki, bu barədə nəqliyyat naziri Şon Daffi "Bloomberg"ə açıqlamasında bildirib.

“Əgər uçuşların təhlükəsizliyinə təhdid yaranarsa, biz bütün hava məkanını bağlayarıq”, - deyə Daffi qeyd edib.

Nazirin sözlərinə görə, hazırda vəziyyət kritik deyil, lakin hökumətin fəaliyyətinin dayandırılması aviasiya sahəsində əlavə risklər yaradıb.

O, həmçinin xəbərdarlıq edib ki, aviadispetçer çatışmazlığı səbəbindən ölkə üzrə uçuşlarda gecikmələr və ləğvlər arta bilər.

Избранный
72
teleqraf.com

1Источники