RU

İnstaqram hesabını sildi

Amerikalı məşhur müğənni Britni Spirs instaqram hesabını silib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

Bildirilib ki, “@britneyspears” istifadəçi adına daxil olduqda “resurs əlçatan deyil”, “keçid etibarsızdır” və ya “profil silinib” kimi bildirişlər göstərilir. Məlumata görə, müğənninin hesabı noyabrın 2-dən etibarən əlçatmaz olub. Britni Spirs və ya onun nümayəndələri hələlik rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, son illərdə müğənninin psixoloji durumu tez-tez medianın diqqət mərkəzində olub. 2024-cü ilin mayında “TMZ” portalı yazmışdı ki, atasının qəyyumluğunun ləğvindən sonra Britninin emosional vəziyyəti pisləşib.

Onu da bildirək ki, qəyyumluq 2008-ci ildə məhkəmə qərarı ilə təsdiqlənmiş və 13 il davam etmişdi. Bu müddətdə Britni Spirsin maliyyə və şəxsi həyatına atası tam nəzarət edib. 2021-ci ildə müğənni məhkəmədə atasının səlahiyyətlərindən sui-istifadə etdiyini bildirərək qəyyumluğun ləğvinə nail olub. Həmin ilin noyabrında Los-Anceles məhkəməsi Britni Spirsin qəyyumluğunu rəsmi olaraq dayandırıb.

Избранный
35
3
bakivaxti.az

4Источники